Erməni tərəfi atəşkəsi 42 dəfə pozub

Erməni tərəfi atəşkəsi 42 dəfə pozub Düşmən cavab atəşi ilə susdurulub
Qarabağ
11 Mart , 2015 10:02
Erməni tərəfi atəşkəsi 42 dəfə pozub

Bakı. 11 mart. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 42 dəfə pozub. "Report" Müdafiə Nazirliyinin (MN) saytına istinadən xəbər verir ki, Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan mövqelərini atəşə tutulub. 

Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Sarıcalı, Kəngərli, Şuraabad, Baş Qərvənd, Mərzili, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi