Yuxarı
    Bağlamaq

    Kamran İmanov: “Erməni tarixi mif əsasında qurulub” - ƏLAVƏ OLUNUB

    O bildirib ki, erməniçilik folklor yaradıcılığının bir növünə - mif yaradıcılığına çox meyillidir© Report.az

    Bakı. 26 aprel. REPORT.AZ/ “Erməni tarixi mif əsasında qurulub”.

    “Report” xəbər verir ki, bunu Azərbaycanın Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.

    O bildirib ki, erməniçilik Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi məsələsində erməni ənənəsi ilə yanaşı, folklor yaradıcılığının bir növünə - mif yaradıcılığına çox meyillidir: “Ermənilərin istər “böyük Ermənistan”, istər “Cənubi Qafqazda erməni avtoxtonluğu” yaxud “böyük erməni mədəniyyəti”, istərsə də “sivilizasiyanın erməni ilk ocağı” haqqında miflər, “erməni genosidi” və digər yalanları doğrudan da “böyük istedad tələb edir”.

    Agentlik sədri vurğulayıb ki, bu mifologiyanın məqsədi “böyük torpaqlar” stereotipini və qonşulara qarşı ərazi iddialarını bir-birinə bağlamaq, qonşuların mədəni irsinin mənimsənilməsinə “təbiilik” gətirmək, haqq qazanmaq üçün “sübutlar”, hətta “legitimlik” qazanmaqdır: “Nəhayət, məhz bu mifologiya, erməni xadimlərinin – istər siyasətçi, istər alim, istərsə də kütlə olsun, dünyagörüşünü müəyyənləşdirir”.

    K.İmanov qeyd edib ki, ermənilərin “xüsusi missiya”sının irəli sürdüyü stereotip beynəlxalq hüququn müasir sülh quruculuğunun təməl daşı kimi tanınmasına mane olur.

    ***

    “Bir neçə müasir politoloqların, o cümlədən S.B.Luryenin araşdırmalarına əsasən, digər xalqlardan fərqli olaraq, erməni siyasi düşüncəsinin xüsusiyyəti geosiyasi xarakter daşıyaraq, ermənilərin yaşadığı yerlər əsasında müəyyən coğrafi xəritə qurmaq və yaşadığı yerləri özləri üçün növbəti “Ermənistan” adlandırmaqdan ibarətdir”, - deyə agentlik sədri vurğulayıb.

    O bildirib ki, xalqların tarixi adətən yaşadıqları ərazi ilə sıx bağlı olur: “Azərbaycan tarixi” və ya “Gürcüstan tarixi” yazıldıqda, təbii olaraq, yaşadığı areal ilə birgə müvafiq millətin tarixi də ehtiva edilir. Lakin hay-ermənilər öz yaşadıqları ərazini bir neçə anlayış, tərif vasitəsilə ifadə edirlər, bununla da hay-erməni tarixi-etnik ərazisi, faktiki olaraq, virtual anlayış qismində çıxış edir və bu ərazinin lokallaşdırılması siyasi konyukturaya əsasən, “lazım olan” və ya qonşularına ərazi iddialarına əsasən, “mümkün olan” yerdə məskunlaşdırılır”.

    K.İmanov qeyd edib ki, erməni alimlərin etirafına əsasən, ermənilər hazırda etno-konfessional cəhətdən fərqlənən 11 subetnik qrupdan ibarətdirlər və 35 tarixi “Armeniya”lar sayırlar: “Bu qədər “Ermənistan” olduğu halda, hansı “Ermənistanın tarixi”ndən söhbət gedəcək? Odur ki, avtoxton xalqlardan fərqli olaraq, erməni alimləri “Ermənilərin tarixi”ni, bir sözlə, etnosun tarixini yazmaq məcburiyyəti qarşısındadırlar, ya da “Hayastan” adlı ölkəsi olmayan mifoloji hayların tarixini yazırlar və burada digər xalqların ərazisindən və tarixindən söhbət açırlar”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi