Erməni silahlıları Azərbaycan kəndini atəşə tutub, mərmilərdən ikisi evlərdən birinin həyətinə düşüb - VİDEO

Erməni silahlıları Azərbaycan kəndini atəşə tutub, mərmilərdən ikisi evlərdən birinin həyətinə düşüb - VİDEO Mərmilərin partlaması nəticəsində qəbirlərə ziyan dəyib
Qarabağ
21 Aprel , 2015 16:52
Erməni silahlıları Azərbaycan kəndini atəşə tutub, mərmilərdən ikisi evlərdən birinin həyətinə düşüb - VİDEO

Bakı. 21 aprel. REPORT.AZ/ Erməni silahlı bölmələri Tərtər rayonunun Qapanlı kəndini atəşə tutub. Kənd sakinlərinin “Report”a verdiyi məlumata görə, kənd ərazisinə ümumilikdə 7-8 mərmi düşüb.

Atılan mərmilərdən ikisi kənddəki evlərdən birinin həyətyanı sahəsinə düşüb. Xoşbəxtlikdən kənd sakinlərindən heç kim xəsarət almayıb.

Erməni silahlı bölmələri yaşayış evləri ilə yanaşı, kənd qəbiristanlığını da atəşə məruz qoyub. Mərmilərin partlaması nəticəsində qəbirlərə ziyan dəyib.

Düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi