​Erməni silahlı bölmələri minaatanlardan da istifadə etməklə atəşkəsi 20 dəfə pozub

​Erməni silahlı bölmələri minaatanlardan da istifadə etməklə atəşkəsi 20 dəfə pozub Düşmən Qazax, Tərtər, Füzuli və Goranboy rayonu istiqamətində mövqelərimizi atəşə tutub
Qarabağ
22 May , 2016 09:11
​Erməni silahlı bölmələri minaatanlardan da istifadə etməklə atəşkəsi 20 dəfə pozub

Bakı. 22 may. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 20 dəfə pozub.

"Report" n Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Göyarx, Yarımca, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, kəndləri yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi