Erməni silahlı bölmələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 26 dəfə pozub

Erməni silahlı bölmələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 26 dəfə pozub Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub
Qarabağ
28 May , 2016 09:43
Erməni silahlı bölmələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 26 dəfə pozub

Bakı. 28 may. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini ümumilikdə 26 dəfə pozub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Tərtər rayonunun Yarımca, Çiləbürt, Ağdam rayonunun Şuraabad, Yusifcanlı, Nəmirli, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi