Erməni silahlı bölmələri cəbhədə biçilməmiş taxıl zəmisini yandırıblar

Erməni silahlı bölmələri cəbhədə biçilməmiş taxıl zəmisini yandırıblar Hadisə yerinə FHN-in bir neçə rayonunun yanğınsöndürənləri cəlb edilib
Qarabağ
9 İyul , 2017 16:11
Erməni silahlı bölmələri cəbhədə biçilməmiş taxıl zəmisini yandırıblar

Bakı. 9 iyul. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin bölmələri yandırıcı güllələrdən istifadə edərək cəbhə bölgəsində biçilməmiş taxıl zəmisinə od vurublar.

"Report" xəbər verir ki, düşmən ordusu hərbçilərinin atəş açması nəticəsində Xocavənd rayonunda 45 hektar taxıl sahəsi yanaraq kül olub. 

Yerli sakinlərin verdiyi məlumata görə, hadisə rayonun Ağburun adlanan ərazisində baş verib. Biçilməmiş sahədə yanğın qısa zamanda genişlənərək 100 tona yaxın buğdanı məhv edib.

Hadisə yerinə Fövqaladə Hallar Nazirlyinin bir neçə rayonunun yanğınsöndürənləri cəlb edilib. Alovun qarşısı alınaraq digər zəmilərə keçməsinin qarşısı alınıb.

Son xəbərlər

Orphus sistemi