Ermənistan iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəsi pozub

Ermənistan iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəsi pozub Müdafiə Nazirliyi bildirir ki
Qarabağ
19 İyun , 2016 09:15
Ermənistan iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəsi pozub

Bakı. 19 iyun. REPORT.AZ/  Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 20 dəfə pozub.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Kəngərli, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi