​Erməni silahlı bölmələri iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 24 dəfə pozub

​Erməni silahlı bölmələri iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 24 dəfə pozub Qazax, Tovuz, Tərtər rayonlarındakı mövqelərimiz atəşə tutulub
Qarabağ
7 Avqust , 2016 09:11
​Erməni silahlı bölmələri iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 24 dəfə pozub

Bakı. 7 avqust. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 24 dəfə pozub.

"Report" Müdafiə Nazirliyinə isrtinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, İcevan rayonunun Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi