Erməni silahlı bölmələri atəşkəs rejimini 9 dəfə pozub

Erməni silahlı bölmələri atəşkəs rejimini 9 dəfə pozub Qazax, Tovuz, Füzuli rayonlarındakı mövqelərimiz atəşə tutulub
Qarabağ
20 İyul , 2016 09:00
Erməni silahlı bölmələri atəşkəs rejimini 9 dəfə pozub

Bakı. 20 iyul. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 9 dəfə pozub.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi