Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəs rejimini 26 dəfə pozub

Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəs rejimini 26 dəfə pozub Erməni silahlı bölmələri atəşkəsi yenə pozub
Qarabağ
19 May , 2016 09:36
Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəs rejimini 26 dəfə pozub

Bakı. 19 may. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 26 dəfə pozub.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Kəngərli, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi