Erməni silahlı bölmələri atəşkəs rejimini pozub

Erməni silahlı bölmələri atəşkəs rejimini pozub Düşmən cavab atəşi ilə susdurulub
Qarabağ
27 Aprel , 2015 09:17
Erməni silahlı bölmələri atəşkəs rejimini pozub

Bakı. 27 aprel. REPORT.AZ/ Erməni silahlı bölmələri Tərtər rayonunun Göyarx, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, əvvəlki sutka ərzində erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini ümumilikdə 45 dəfə pozub.

Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Gülüstan, Ağdam rayonunun Şuraabad, Sarıcalı, Cəvahirli, Şirvanlı, Şıxlar, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi