Erməni silahlı bölmələri atəşkəs rejimini 9 dəfə pozub

Erməni silahlı bölmələri atəşkəs rejimini 9 dəfə pozub 4 rayonumuz atəşə tutulub
Qarabağ
25 İyun , 2016 09:02
Erməni silahlı bölmələri atəşkəs rejimini 9 dəfə pozub

Bakı. 25 iyun. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 9 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbat xidmətindən “Report”a verilən xəbərə görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi