​Erməni silahlı bölmələri atəşkəs rejimini 69 dəfə pozub

​Erməni silahlı bölmələri atəşkəs rejimini 69 dəfə pozub Düşmən cavab atəşi ilə susdurulub
Qarabağ
19 May , 2015 12:05
​Erməni silahlı bölmələri atəşkəs rejimini 69 dəfə pozub

Bakı. 19 may. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 69 dəfə pozub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan, İcevan rayonunun Vazaşen, Paravakar, Berkaber kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaymaqlı, Qızılhacılı kəndlərində, Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Tərtər rayonunun Yarımca, Göyarx, Çiləbürt, Çaylı, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Kəngərli, Baş Qərvənd, Qiyaməddinli, Sarıcalı, Novruzlu, Cəvahirli, Füzuli rayonunun Alxanlı, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi