Erməni silahlı bölmələri atəşkəs rejimini 62 dəfə pozub

Erməni silahlı bölmələri atəşkəs rejimini 62 dəfə pozub Düşmən cavab atəşi ilə susdurulub
Qarabağ
4 May , 2015 09:58
Erməni silahlı bölmələri atəşkəs rejimini 62 dəfə pozub

Bakı. 4 may. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 62 dəfə pozub. Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbaut xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan, Dovex, İcevan rayonunun Vazaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaymaqlı, Kəmərli kəndlərində, Berd rayonunun Ayqepar, Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Koxanəbi, Ağbulaq, Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Tərtər rayonunun Yarımca, Çiləbürt, Göyarx, Qızıloba, Ağdam rayonunun Şuraabad, Şıxlar, Yusifcanlı, Kəngərli, Baş Qərvənd, Qaraqaşlı, Qiyaməddinli, Füzuli rayonunun Horadiz, Alxanlı, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi