Erməni silahlı bölmələri atəşkəs rejimini 40 dəfə pozub

Erməni silahlı bölmələri atəşkəs rejimini 40 dəfə pozub Düşmən cavab atəşi ilə susdurulub
Qarabağ
17 Mart , 2015 10:07
Erməni silahlı bölmələri atəşkəs rejimini 40 dəfə pozub

Bakı. 17 mart. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 40 dəfə pozub.

“Report” Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Talış, Tərtər rayonunun Çiləbürt, Çaylı, Göyarx, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Şuraabad, Sarıcalı, Cəvahirli, Mərzili, Baş Qərvənd, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Alxanlı, Aşağı Seyidəhmədli, Aşağı Əbdülrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi