​Erməni silahlı bölmələri atəşkəs rejimini 36 dəfə pozub

​Erməni silahlı bölmələri atəşkəs rejimini 36 dəfə pozub Düşmən cavab atəşi ilə susdurulub
Qarabağ
24 Aprel , 2015 09:38
​Erməni silahlı bölmələri atəşkəs rejimini 36 dəfə pozub

Bakı. 24 aprel. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 36 dəfə pozub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Belə ki, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Qızıloba, Ağdam rayonunun Şuraabad, Sarıcalı, Cəvahirli, Şirvanlı, Şıxlar, Baş Qərvənd, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi