Erməni silahlı bölmələri atəşkəs rejimini 28 dəfə pozub

Erməni silahlı bölmələri atəşkəs rejimini 28 dəfə pozub Düşmən cavab atəşi ilə susdurulub
Qarabağ
3 Aprel , 2015 10:16
Erməni silahlı bölmələri atəşkəs rejimini 28 dəfə pozub

Bakı. 3 aprel. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 28 dəfə pozub.

“Report” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Ağdam rayonunun Şıxlar, Şirvanlı, Şuraabad, Qaraqşlı, Cəvahirli, Baş Qərvənd, Kəngərli, Novruzlu, Yusifcanlı, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi