Erməni silahlı bölmələri atəşkəs rejimini 25 dəfə pozub

Erməni silahlı bölmələri atəşkəs rejimini 25 dəfə pozub Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub
Qarabağ
1 İyun , 2016 09:06
Erməni silahlı bölmələri atəşkəs rejimini 25 dəfə pozub

Bakı. 1 iyun. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 25 dəfə pozub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Ermənistanın Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı, Füzuli rayonunun Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi