Yuxarı
    Bağlamaq

    Erməni silahlı bölmələri atəşkəs rejimini 118 dəfə pozub

    Ermənilər Azərbaycan ordusunun mövqelərini minaatan, qumbaraatan və iriçaplı pulemyotlardan atəşə tutub

    Bakı. 1sentyabr. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, qumbaraatanlardan, iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 118 dəfə pozub.

    Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.  

     Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Dovex, Barekamavan, Voskevan kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Kəmərli, Qaymaqlı və Quşçu Ayrım kəndlərində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

    Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağbulaq kəndlərində, Krasnoselsk rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə məruz qalıb.

    Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Göyarx, Yarımca, Qızıloba, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Mərzili, Qaraqaşlı, Kəngərli, Nəmirli, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

    Düşmən cavab atəşi ilə susdurulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi