KİV: Ermənistan ordusunda ölüm faktları araşdırılmır

KİV: Ermənistan ordusunda ölüm faktları araşdırılmır Ermənistan hərbçiləri arasında qarşılıqlı münasibətlərin pozulması halları çoxalıb
Qarabağ
18 Fevral , 2017 15:34
KİV: Ermənistan ordusunda ölüm faktları araşdırılmır

Bakı. 18 fevral. REPORT.AZ/ Ermənistan ordusunda hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin pozulması halları çoxalıb. Orduda ölüm faktları gizlədilir, hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılmır və silahdaşını öldürən hərbçilər isə məsuliyyətə cəlb edilmirlər.

“Report” Armlur.am saytına istinadən xəbər verir ki, bu barədə mütamadi olaraq Ermənistan KİV-də məlumat və informasiyalar dərc olunsa da, hüquq-mühafizə orqanları yayılan xəbərləri təkzib edirlər. 

Məlumata görə, ötən il sentyabrın 7-də Dağlıq Qarabağın Madagiz yaşayış məntəqəsində yerləşən separatçı rejimin hərbi hissəsinin ön xətt mövqelərində erməni əsgəri Arman Qandilyanı öldürən silahdaşı Hayk Seyranyan cinayət məsuliyyətinə cəlb olunmadan tərxis edilib.

Ölən hərbi qulluqçunun atası Alik Qandilyan yerli mətbuata bildirib ki, oğlunun qatili Hayk Seyranyan günahını etiraf etsə də, ona qarşı cinayət ittihamı irəli sürülməyib: “Müstəntiq və prokuror mənə dedi ki, ölümlə nəticələnən bu hal məqsədyönlü şəkildə törədilmədiyindən belə işlər məhkəməyə daxil olmur”.

A.Qandilyan vurğulayıb ki, orduda hərbçilər arasında yüngül xəsarətlə nəticələnən və hərbi məhkəmələrə çıxarılan çox hadisələr baş verir, lakin onun oğlunun ölümünə görə heç kəs məsuliyyətə cəlb olunmur.

Qeyd edək ki, əsgər yoldaşını öldürməkdə günahlandırılan Hayk Seyranyan hüquq-mühafizə orqanlarına silahdaşı Arman Qandilyanı əks tərəfin əsgəri ilə səhv salaraq AKS tipli silahdan açdığı atəş nəticəsində öldürdüyünü söyləyib.

Xatırladaq ki, hadisə gecə saat 00:50-də döyüş növbətçiliyi zaman baş verib. Hətta hadisədən bir neçə gün əvvəl öldürülən hərbi qulluqçunun əşyaları əsgər yoldaşları tərəfindən oğurlanıb.

Son xəbərlər

Orphus sistemi