Yuxarı

KİV: Talış kəndindən 370 erməni Ermənistana gedib

İcma başçısı: Aprelin 20-dək Talışda yaşayan ermənilərin sosial və məişət problemlərin həlli üçün heç kim əməli bir iş görmədi

Bakı. 3 may. REPORT.AZ/ Ermənistanın işğalı altında olan Azərbaycanın Talış kəndində yaşayan 90 erməni ailəsi Ermənistana qaçıblar.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Talış kəndindəki erməni icmasının əlaqələndiricisi Slava Bayunst bildirib.

Əlaqələndiricinin sözlərinə görə, problemin həlli üçün onlar Ermənistan hökumətinə məktubla müraciət ediblər.

"Aprelin 20-dək Talışda yaşayan ermənilərin sosial və məişət problemlərin həlli üçün heç kim əməli bir iş görmədi. Bizə mənzil, gündəlik tələbat malları, təqaüdlərin Ermənistana köçürülməsi, işlə təmin olunmaq lazımdır. Bizləri öz əşyalarımızı satmaqla dolanmaq ümidinə qoyublar. Yaz səpini üçün banklardan kredit götürmüşük. Oradan gələn 5-10 ailə Ermənistanın bölgələrində ev ala bilər. Qalan ailələrin özlərini təmin etməyə imkanları yoxdur.

12 ailə Yerevanda qohumlarının evində qalır. Qalanları əyalətlərdədir. Onlar istənilən yerdə yaşamağa razıdır. Təki onlara sığınacaq verilsin.

Suriyada yaşayan ermənilər gələndən sonra Yerevandakı yataqxanalarda qalmağa yer də yoxdur", - S.Bayunts deyib.

Məlumata görə, atəşkəs elan olunandan sonra 370 erməni Talış kəndindən gedib.

Xatırladaq ki, Talış kəndi Tərtər rayonunun inzibati ərazi vahidinə daxildir. Bu il aprelin 2-də Talış kəndi ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun erməni işğalçılarına qarşı keçirdiyi əməliyyat zamanı ermənilərdən tam geri alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi