Yuxarı

Baqdasaryan: "Erməni əsgərlərə səslənərək bildirirəm ki, siz başqasının torpağından geri çəkilməlisiniz" - YENİLƏNİB

Həbsdə olduğum müddətcə mənə qarşı yaxşı rəftar olunub, geyim və qida ilə daim təmin edilmişəm

Bakı. 13 aprel. REPORT.AZ/ Gəncə Ağır Cinayətlər Məhkəməsində ötən ilin dekabrında Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Arsen Baqdasaryan ona qarşı qaldırılan ittihamlara etiraz etməyib. O, Ermənistan hökumətinə müraciət edərək, Azərbaycana məxsus torpaqların azad olunmasını istəyib: “Azərbaycanlılarla ermənilər illərlə yaxşı münasibətdə olub. Ermənistan azərbaycanlıların torpağını geri qaytarmalıdır. Azərbaycan müharibə istəmir, Azərbaycan ona məxsus torpaqları tələb edir. Erməni əsgərlərə səslənərək bildirirəm ki, siz başqasının torpağından geri çəkilməlisiniz. Ermənistanda olan azərbaycanlı əsirlər geri qaytarılmalıdır. Həbsdə olduğum müddətcə mənə qarşı yaxşı rəftar olunub, geyim və qida ilə daim təmin edilmişəm. Bunun üçün Azərbaycan prezidentinə təşəkkür edirəm. Diqqətinizə çatdırıram ki, bu söylədiklərimi mənə heç kəs diqtə etməyib, bu, mənim sərbəst düşüncəmdir”. 

ilk xəbər saat 12:30-da yayımlanıb

Bakı. 13 aprel. REPORT.AZ/ Gəncə Ağır Cinayətlər Məhkəməsində ötən ilin dekabrında Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Arsen Baqdasaryanın cinayət işi üzrə birinci baxış iclası keçirilir. “Report” Kəpəz TV-yə istinadən xəbər verir ki, iclas hakimlər Elbəy Allahverdiyevin sədrliyi, Zabil Qasımov və Elmin Rüstəmovun iştirakı ilə təşkil olunub. Məhkəmədə erməni kəşfiyyatçını Ağdam rayonunun Zəngişalı kəndi ərazisində ələ keçirən azərbaycanlı hərbçilər də iştirak edir.

Bu cinayət işi üzrə məhkəməyə hazırlıq iclasında növbəti məhkəmənin qapalı olması bildirilmişdi. Ancaq bu gün keçirilən birinci baxış iclasında məhkəminin qismən açıq keçirilməsi qərara alınıb. Məhkəmə prosesini mətbuat nümayəndələri də izləyə biləcəklər.

Erməni kəşfiyyatçının cinayət işi üzrə birinci baxış iclasında Arsen Baqdasaryan 2 nəfər tərcüməçi (Səidə Abbasova və Fərhad İsgəndərov) ilə təmin edilib. Əsir götürülən kəşfiyyatçının müdafiəçisi Vəkillər Kollegiyasının üzvü Ramiz Abdullayevdir. Məhkəmə iclasında 4 nəfər zərərçəkən hərbçi və 2 nümayəndə iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi