Erməni ictimai xadim: "Xalq diplomatiyası Dağlıq Qarabağ münaqişəsinin həllində aparıcı rol oynayır"

Erməni ictimai xadim: "Xalq diplomatiyası Dağlıq Qarabağ münaqişəsinin həllində aparıcı rol oynayır" Bakı. 28 noyabr. REPORT.AZ/ Xalq diplomatiyası Dağlıq Qarabağ münaqişəsinin həllində aparıcı rol oynayır.
Qarabağ
28 Noyabr , 2017 12:53
Erməni ictimai xadim: Xalq diplomatiyası Dağlıq Qarabağ münaqişəsinin həllində aparıcı rol oynayır

Bakı. 28 noyabr. REPORT.AZ/ "Xalq diplomatiyası Dağlıq Qarabağ münaqişəsinin həllində aparıcı rol oynayır".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması"nın İdarə Heyətinin üzvü Artur Ağacanov deyib.

Onun sözlərinə görə, 27 ildir bütün variantlar irəli sürülüb: "Yeganə müsbət cəhət odur ki, geniş şəkildə hərbi əməliyyatlar başlamayıb. Bir maddə üzrə olsa da, məsələ həll olunmayıb. Məsələ ilə əlaqədar bizim fəaliyyətimizlə bağlı yanaşmalar fərqlidir. Ola bilsin ki, kimsə məsələyə neqativ və ya pozitiv yanaşıb. Lakin tədricən insanlar bizə qoşulur və bu, bizi sevindirir. Zamanla hər şey düzələcək".

Son xəbərlər

Orphus sistemi