Yuxarı

Erməni hüquq müdafiəçisi: "Qarabağ erməniləri Azərbaycanın tərkibində qalmağa səs verəcəklər"

Saakyan rejiminin Qərb diasporundan milyonlar almasına baxmayaraq, Qarabağda su yoxdur

Bakı. 8 noyabr. REPORT.AZ/ "Dağlıq Qarabağda narkotiklərin qanunsuz dövriyyəsi və silah alveri geniş vüsət alıb".

"Report" xəbər verir ki, bunu "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxışlar" mövzusunda keçirilən konfransda ermənistanlı hüquq müdafiəçisi Vaan Martirosyan deyib.

"Qarabağda xalq iki kateqoriyaya bölünür: müharibə illərindən orada qalıb, getməyə başqa yerləri olmayanlar və Bako Saakyanın məiyyəti, yəni yaxın ətrafı. Dağlıq Qarabağda referendumun keçiriləcəyi təqdirdə əhalinin 80-90%-i Azərbaycanın tərkibində qalmağa səs verəcəklər" - V.Martirosyan bildirib.

Hüquq müdafiəçisi dəfələrlə Xankəndində, Şuşada, Laçında olduğunu vurğulayıb: "Saakyan rejiminin Qərb diasporundan milyonlar almasına baxmayaraq, orada su yoxdur. Hərbçiləri və onların ailələrini saymasaq, Dağlıq Qarabağda təqribən 40 min adam yaşayır".

Ermənistanlı ictimai xadim Vahe Avetyan da öz növbəsində bildirib ki, Dağlıq Qarabağ məsələsi Azərbaycan və Ermənistan cəmiyyəti arasında həll edilməlidir.

"Ermənilər diplomatiyadan daha çox qazanarlar. Azərbaycanla dost olsaq, onlar da Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında vasitəçi olacaq" - o vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi