Erməni hüquq müdafiəçisi: "Köçəryan və Sarqsyana etibar etmək lazım deyil"

Erməni hüquq müdafiəçisi: "Köçəryan və Sarqsyana etibar etmək lazım deyil" "Müharibə üçüncü qüvvənin təşəbbüsü ilə başlayıb"
Qarabağ
8 Noyabr , 2016 12:52
Erməni hüquq müdafiəçisi: Köçəryan və Sarqsyana etibar etmək lazım deyil

Bakı. 8 noyabr. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi olmadan Köçəryan və Sarqsyan rejimləri Ermənistanın siyasi arenasında peyda olmazdı".

"Report" xəbər verir ki, bunu "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxışlar" mövzusunda keçirilən konfransda ermənistanlı hüquq müdafiəçisi Vaan Martirosyan deyib.

"Onlar Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində avantüra, intriqaçılıqla məşğul olublar. Yəni onlara etibar etmək lazım deyil", - deyə V.Martirosyan bildirib.

Hüquq müdafiəçisi qeyd edib ki, son 15 il ərzində baş tutan müxtəlif danışıqlar proseslərdə nə xarici işlər naziri, nə də ölkə rəhbərliyinin səs hüququna malik olmamasını söyləyərsə, təkər icad etmiş olmaz.

"Müharibə imperialist ambisiyalarına görə, regionda sabitlik görmək istəməyən üçüncü tərəfin təşəbbüsü ilə başlayıb", - deyə V.Martirosyan vurğulayıb.

Son xəbərlər

Orphus sistemi