Yuxarı
    Bağlamaq

    Erməni hərbçinin ölüm işinə görə kiçik çavuş həbs edilib

    Aram Xaçatryan kiçik çavuş tərəfindən öldürülüb

    Bakı. 25 oktyabr. REPORT.AZ/ Erməni silahlı birləşməsinin Dağlıq Qarabağda oktyabrın 20-də ölmüş hərbçisi Aram Xaçatryanın istintaq işi ilə bağlı kiçik çavuş həbs edilib.

    "Report" "News.am"a istinadən xəbər verir ki, kiçik çavuşa qarşı ittiham irəli sürülüb.

    İstintaq Komitəsi təhqiqatın gedişində müəyyən edib ki, Aram Xaçatryan oktyabrın 20-də, yerli vaxtla saat 12:40-da hərbi hissədə yaralanıb. İstintaqın məlumatına görə, Aram Xaçatryan kiçik çavuşun ona atəş açması nəticəsində güllə yarası alıb.

    Bundan başqa, kiçik çavuşun xidmət yoldaşını təhqir etməsi də müəyyənləşdirilib. Hərbçilər arasında baş vermiş qarşıdurma ilə bağlı təhqiqat aparılır.

    Qeyd edək ki, yerli mətbuat ilkin məlumatda 1998-ci il təvəllüdlü Aram Xaçatryanın "odlu silahdan istifadə qaydalarına əməl etməməsi nəticəsində aldığı güllə yarasından öldüyü"nü bildirirdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi