Yuxarı
    Bağlamaq

    Erməni hərbçilər yol qəzasına düşüb, xəsarət alanlar var

    Qəzalardan biri Azərbaycan, digəri Ermənistan ərazisində qeydə alınıb.

    Bakı. 26 iyul. REPORT.AZ/ Erməni hərbçilər yol qəzasına düşüb, xəsarət alanlar var. 

    "Report"un məlumatına görə, qəzalardan biri Azərbaycan, digəri Ermənistan ərazisində qeydə alınıb.

    Belə ki, bir neçə gün əvvəl axşam saatlarında Tonaşen-Madaqiz istiqamətində hərəkət edən Ermənistan ordusunun dağatıcı alayına məxsus “Ural” markalı yük avtomobili dağ yolunda aşıb. Hadisə nəticəsində üç əsgər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar Ağdərə hospitalına yerləşdiriliblər.

    Digər hadisə isə Ermənistan ərazisində, Cermuk avtomobil yolunda baş verib. Belə ki, şəxsi avtomobili ilə Yexeknadzordan Vayk istiqamətində hərəkət edən müqavilə əsasında xidmət keçən hərbi qulluqçu Mkrtıç Qaramyan yol-nəqliyyat hadisəsi törədib. Ağır bədən xəsarəti alan M.Qaramyan tibb müəssisəsinə çatdırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi