Yuxarı
    Bağlamaq

    Erməni faşizmi ilə bağlı kitabın təqdimat mərasimi keçirilib

    Dinlə

    Bakı. 12 iyun. REPORT.AZ/ Dosent, filosof Əmirəli İsmayılovun müəllifi olduğu “Erməniliyin və erməni faşizminin idelogoiyası, fəlsəfəsi və cinayəti” adlı kitabın təqdimat mərasimi keçirilib.

    "Report"un məlumatına görə, Azərbaycan Pedoqoji Universitetində baş tutan təqdimat mərasimində bu ali məktəbin rektoru Cəfər Cəfərov qeyd edib ki, nəşr bir sıra tarixi faktlar əsasında qeydə alınıb, kitabın əhatə etdiyi mövzu həcminə və faktlarına görə indiyə qədər yazılmış ilk əsərdir.

    Rektorun sözlərinə görə, kitabın rus dilində olması onun daha geniş auditoriya üçün nəzərdə tutulması məqsədini daşıyır.

    Kitabın müəllifi Əmirəli İsmayılov isə bildirib ki, kitabda erməni faşizminin tək Azərbaycana qarşı yox, ümumiyyətlə, regionda digər etniklərə qarşı baş verməsi və bunun idelogiyaya çevrilməsi ilə bağlı faktlar yer alıb. Müəllif təəssüflə qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı işğal faktına görə tədqiqatçılar tərəfindən yetərincə işlər görülməyib, arxivlər araşdırılmayıb. Daha sonra müəllif kitabla bağlı faktlar üzrə şərhlər verib.

    Çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, əsər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı samballı hədiyyədir. O qeyd edib ki, müəllif Əmirəli İsmayılovun toxunduğu mövzu hazırda milli ideoloji mübarizədə ən həssas məqamdır: “Hesab edirəm ki, Əmirəli müəllimin ortaya qoyduğu faktlar bu sahədə bizim üçün tutarlı arqumentlər ola bilər”.

    Komitə sədri 90-cı illərin əvvəlində Azərbaycandakı mövcud durum və Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə milli ideoloji cəbhənin möhkəmlənməsindən də danışaraq bunun tədqiqatlarda yer almasını vacib amil hesab edib.

    Daha sonra çıxışçılar əsər ilə bağlı fikir bildiriblər. Təqdimatda alimlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi