Bakı. 20 may. REPORT.AZ/ Erməni əsgəri Dağlıq Qarabağda naməlum şəraitdə güllələnib.
"Report"un məlumatına görə, bu barədə "News.am" məlumat yayıb.
Xəbərdə bildirilir ki, Azərbaycanın işğal olunmuş ərazisindəki hərbi hissələrdən birində 1999-cu il təvəllüdlü hərbi qulluqçu Norayr Qriqoryan naməlum şəraitdə güllələnib. Hadisənin başvermə şəraitini müəyyənləşdirmək məqsədilə istintaq aparılır.