Erməni boksçu hərbi hissədə “qaydasız döyüşlər” təşkil edir

Erməni boksçu hərbi hissədə “qaydasız döyüşlər” təşkil edir Bakı. 18 noyabr. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələrində xidmətə çağrılan boksçu Qoro Gözəlikyan tank bölüyündə artıq xeyli “məşhurlaşıb”. 
Qarabağ
18 Noyabr , 2017 16:30
Erməni boksçu hərbi hissədə “qaydasız döyüşlər” təşkil edir

Bakı. 18 noyabr. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələrində xidmətə çağrılan boksçu Qoro Gözəlikyan tank bölüyündə artıq xeyli “məşhurlaşıb”. 

"Report" Emənistan KİV-inə istinadən xəbər verir ki, o, hər cüzi məsələ üstündə əsgər yoldaşlarını döyür.

Artıq Q.Gözəlikyan özünün “qaydasız döyüş yarışlarına” başqa bölmələrin əsgərlərini də cəlb edib. Bu günlərdə onun “qəhrəmanlığı” səbəbindən başqa bölükdə xidmət edən hərbi qulluqçu Qaqik Nersesyan hərbi hospitala düşüb.

Q.Gözəlikyanın döyərək ağır bədən xəsarətləri yetirdiyi əsgərin ailəsi şikayət etməsin deyə, Q.Nersesyanın valideynlərinə hadisə ilə bağlı heç bir məlumat verilməyib.

Xəbərdə bölüyün əsgərlərinin Q.Gözəlikyanın əlindən təngə gəldikləri və tezliklə ya onun xidmətini davam etdirmək üçün başqa yerə keçirilməsini, ya da həbs edilməsini istədikləri bildirilir.

Son xəbərlər

Orphus sistemi