Yuxarı

Ermənistanın müdafiə naziri ATƏT-in nümayəndəsi ilə cəbhə xəttindəki vəziyyəti müzakirə edib

Görüşdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki vəziyyət müzakirə olunub

Bakı. 3 sentyabr. REPORT.AZ/ Ermənistanın müdafiə naziri Seyran Ohanyan ATƏT-in fəaliyyətdə olan sədri Anjey Kasprşikin şəxsi nümayəndəsini qəbul edib. Report Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

Görüşdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki vəziyyət və qarşılıqlı etimadın möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi