Yuxarı

Ermənilərin girov götürdüyü 15 yaşlı azərbaycanlının azad edilməsi üçün beynəlxalq təşkilatlara müraciət olunub

Dövlət Komitəsi 15 yaşlı Cavid Məmmədovun ermənilər tərəfindən girov götürülməsi ilə bağlı bəyanat yayıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 15 yaşlı Cavid Məmmədovun ermənilər tərəfindən girov götürülməsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi, UNICEF və digər beynəlxalq təşkilatlara ünvanlanmış bəyanat yayıb.

Komitədən Report-a verilən məlumata görə, bəyanatda girov götürülmüş uşağın taleyindən dərin narahatlıq ifadə olunub və azyaşlı Cavid Məmmədovun tezliklə azad olunması tələb edilib.

"UNICEF və aidiyyəti beynəlxalq təşkilatları baş verənlərə laqeyd qalmamağa, Cavid Məmmədovun taleyi ilə yaxından maraqlanmalarına, girovun tezliklə geri qaytarılması istiqamətində səylərinin gücləndirilməsini istəyirik" - deyə, bəyanatda vurğulanıb.

Xatırladaq ki, sentyabrın 5-də Tərtər rayonundan olan 15 yaşlı Cavid Samir oğlu Məmmədov təmas xəttində Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi