Yuxarı

Ermənilər Ağdam və Goranboy rayonları istiqamətində atəşkəsi pozublar

Qarşı tərəf cavab atəşi ilə susdurulub

Bakı. 19 avqust. REPORT.AZ/ Erməni silahlı bölmələri bir neçə istiqamətdə atəşkəsi pozublar.

Bu barədə Report-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar. 

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi