Yuxarı

Erməni silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub

Qarşı tərəf cavab atəşi ilə susdurulub

Bakı. 10 oktyabr. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 22 dəfə pozub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidmətindən bildirilib.

Belə ki, erməni silahlı bölmələri dünən və ötən gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən Azərbaycan mövqelərini atəşə tutublar.

Tərtər rayonunun Qızıl Oba, Çiləbürt, Göyarx, Çaylı, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Ağdam rayonunun Cəvahirli kəndləri yaxınlığında, Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi