Yuxarı
    Bağlamaq

    Erkan Özoral: "Dağlıq Qarabağ münaqişəsi Türkiyə üçün ən mühüm problemlərdən biridir"

    Səfir: Azərbaycan və Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün birgə səylərini davam etdirir
    © Report/Orxan Əzim

    Bakı. 15 sentyabr. REPORT.AZ/ "Bu gün Azərbaycanın yaralı yeri və əsas problemi olan Dağlıq Qarabağ münaqişəsi Türkiyə üçün də ən mühüm problemlərdən biri olaraq qalır. Bu münaqişənin həll olunması üçün birlikdə hərəkət etməyə davam edəcəyik".

    "Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

    Diplomat vurğulayıb ki, Azərbaycanın kədəri və sevinci Türkiyənin də kədəri və sevincidir: "Əbəs yerə deyil ki, ən çox türk şəhidliyi, abidələri Azərbaycandadır. Hətta SSRİ vaxtında da Azərbaycan rəhbərliyi həmin məzar və abidələrə qayğı göstərib. Bu gün Azərbaycanın hər bir tərəfində türk şəhidlərin qəbirlərinə rast gəlmək mümkündür".

    Hərbi əməkdaşlıq barədə danışan E.Özoral deyib ki, bu əməkdaşlığı genişləndirilməsi üçün hər iki ölkənin hərbi qurumları arasında təmaslar artırılmalıdır. O, əlavə edib ki, hazırda həyata keçirilən "TürAz" hərbi təlimləri, danışıqlar və birgə tədris yolu ilə bu əməkdaşlıq daha da inkişaf etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi