Ərdoğan: "Putin Dağlıq Qarabağ probleminin həllində çox da ümidli deyil"

Ərdoğan: "Putin Dağlıq Qarabağ probleminin həllində çox da ümidli deyil" "BMT-nin qərarlarına əməl edilməsinin vacib olması üzərində dayandıq"
Qarabağ
17 Noyabr , 2017 05:58
Ərdoğan: Putin Dağlıq Qarabağ probleminin həllində çox da ümidli deyil

Bakı. 17 noyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sooçiyə səfəri zamanı rusiyalı həmkarı Vladimir Putin ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə etdiyini bildirib.

"Report" xəbər verir ki, bunu o, yerli "Star" nəşrinə müsahibəsində deyib.

"Cənab Putin ilə Dağlıq Qarabağ məsələsini müzakirə etdik. Rusiyanın Ermənistan üzərində də çəkisi var. [İşğal olunmuş] yeddi rayondan beşi ilə bağlı daha əvvəl çıxan qərar (BMT-nin erməni işğalına son qoyulması ilə bağlı qərarı) var. Bu qərarlara əməl edilməsinin vacibliyi üzərində dayandıq. Putin məsələyə müsbət baxır, amma görürəm ki, çox ümidli deyil. Tərəflərin mövqeyi səbəbindən onun ümidsiz olduğunu gördüm", – deyə Türkiyə prezidenti bildirib.

Son xəbərlər

Orphus sistemi