Ərdoğan Dağlıq Qarabağın işğaldan azad edilməsi məsələsini “Seçki Bəyannaməsi”nə salıb

Ərdoğan Dağlıq Qarabağın işğaldan azad edilməsi məsələsini “Seçki Bəyannaməsi”nə salıb Bakı. 24 may. REPORT.AZ/ Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri (AKP) və prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsini “Seçki Bəyannaməsi”nə daxil edib.
Qarabağ
24 May , 2018 17:37
Ərdoğan Dağlıq Qarabağın işğaldan azad edilməsi məsələsini “Seçki Bəyannaməsi”nə salıb

Bakı. 24 may. REPORT.AZ/ Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri (AKP) və prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsini “Seçki Bəyannaməsi”nə daxil edib.

“Report” “Sabah”a istinadən xəbər verir ki, mayın 24-də R.T.Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) “Seçki Bəyannaməsi”ni açıqlayıb.

“Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”, deyə sənəddə vurğulanıb.

Bəyannamədə bildirilib ki, R.T.Ərdoğan yenidən prezident seçilərsə, Qafqaz və Orta Asiya ölkələri ilə əlaqələr daha da inkişaf etdiriləcək, 2009-cu ildə qurulan Türk Şurası daha da gücləndiriləcək: "Bütün bunlar AKP-nin əsas hədəflərindəndir".

Son xəbərlər

Orphus sistemi