Ərdoğan: “Qarabağ münaqişəsinin həllində irəliləyişlər var”

Ərdoğan: “Qarabağ münaqişəsinin həllində irəliləyişlər var” "Madam ki, işğal var, onda buna niyə son qoymursunuz?"
Qarabağ
11 Avqust , 2016 13:14
Ərdoğan: “Qarabağ münaqişəsinin həllində irəliləyişlər var”

Bakı. 11 avqust. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişlər var". 

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərdən qayıdarkən təyyarədə jurnalislərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlıq formatı qurulacaq: "Bu məsələyə Azərbaycan kimi Rusiya da müsbət yanaşıb. Rusiya-Azərbaycan-İran üçtərəfli əməkdaşlıq formatı var. Türkiyə xarici işlər naziri Türkiyə-Rusiya-Azərbaycan əməkdaşlıq formatının qurulması ilə bağlı azərbaycanlı həmkarı ilə danışıb. Biz də Rusiya prezidenti Vladimir Putinlə bunu müzakirə etdik. Məqsədimiz bölgədə siyasi hadisələri yerində, yaxından izləməkdir. Hazırda bölgədə Qarabağ problemi var. Bu məsələnin həllində Türkiyənin də üzvü olduğu ATƏT-in Minsk qrupu daha fərqli nəticələr əldə edə bilərdi. Ancaq Rusiya, ABŞ və Fransa Minsk qrupunun həmsədrləri olsalar da, 23-24 ilə yaxındır bu problemi hələ də həll edə bilməyib, yaxud həll etmək istəməyiblər. Təbii ki, işğal var. Bu işğalı hamı qəbul edir. Madam ki, işğal var, onda buna niyə son qoymursunuz? Hazırda münaqişənin həlli prosesində bəzi irəliləyişlər var. Putin bu məsələnin üzərinə gedir. Azərbaycan Prezidenti İlham Əliyev də bunu mənə bildirdi. Əgər 5 rayon azad edilərsə, zənnimcə, problemlər sözün əsl mənasında rahatlıqla həll olunacaq".

Son xəbərlər

Orphus sistemi