Yuxarı
    Bağlamaq

    Ərdoğan ATƏT-in Minsk qrupunun həmsədrlərini tənqid edib

    Türkiyə prezidenti vasitəçiləri fəaliyyətsizlikdə günahlandırıb

    Bakı. 2 Aprel. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ATƏT-in Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupu vasitəçilərinin fəaliyyətini tənqid edib.

    “Report” “Anadolu”ya istinadən xbər verir ki, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində yaşanan gərginliyi şərh edən Türkiyə prezidenti bildirib:

    “Təəssüf ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məsələsində fəaliyyətsizliyi, bizi hazırkı vəziyyətlə üz-üzə qoyub. Əgər ATƏT MQ ədalət və konkret nəticələrin təmin olunması naminə fəaliyyət göstərsəydi, biz hazırkı vəziyyətlə üzləşməzdik”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi