Ərdoğan ATƏT-in Minsk qrupunun həmsədrlərini tənqid edib

Ərdoğan ATƏT-in Minsk qrupunun həmsədrlərini tənqid edib Türkiyə prezidenti vasitəçiləri fəaliyyətsizlikdə günahlandırıb
Qarabağ
2 Aprel , 2016 19:33
Ərdoğan ATƏT-in Minsk qrupunun həmsədrlərini tənqid edib

Bakı. 2 Aprel. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ATƏT-in Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupu vasitəçilərinin fəaliyyətini tənqid edib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində yaşanan gərginliyi şərh edən Türkiyə prezidenti bildirib:

“Təəssüf ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məsələsində fəaliyyətsizliyi, bizi hazırkı vəziyyətlə üz-üzə qoyub. Əgər ATƏT MQ ədalət və konkret nəticələrin təmin olunması naminə fəaliyyət göstərsəydi, biz hazırkı vəziyyətlə üzləşməzdik”.

Son xəbərlər

Orphus sistemi