Yuxarı
    Bağlamaq

    Elmar Məmmədyarovla Minsk qrupunun həmsədrləri noyabrın 16-da Moskvada görüşəcəklər

    Azərbaycan XİN başçısı: Belə görüşə razılıq verdik
    © Report/ Elshan Baba

    Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüş noyabrın 16-da Moskvada keçiriləcək.

    "Report" xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı monteneqrolu həmkarı ilə görüşdən sonra keçirilən brifinqdə bildirib.

    "Rusiya xarici işlər naziri Sergey Lavrovla danışdım, üçtərəfli formatda görüş keçirmək təklifi var. Belə görüşə razılıq verdik", - E.Məmmədyarov vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi