Elmar Məmmədyarov Münhendə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Elmar Məmmədyarov Münhendə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb Görüşdə danışıqlar prosesinin intensivləşdirilməsinə dair fikir mübadiləsi aparılıb
Qarabağ
17 Fevral , 2017 00:38
Elmar Məmmədyarov Münhendə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Bakı. 17 fevral. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik konfransı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Riçard Hoaqland (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Andjey Kaspişik ilə görüşüb.

"Report" Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Sankt-Peterburq görüşündəki müzakirələrinin davamı olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin intensivləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov münaqişənin həlli prosesində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara başlamaq məqsədilə səylərin artırılmasının vacibliyini vurğulayıb.

Görüşdən sonra ATƏT-in Minsk qrupu həmsədrlərinin dəvəti əsasında həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə şam yeməyi olub.

Son xəbərlər

Orphus sistemi