​Elmar Məmmədyarov Krakovda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək

​Elmar Məmmədyarov Krakovda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək Bu gün nazir ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri ilə görüşüb
Qarabağ
23 Yanvar , 2015 19:37
​Elmar Məmmədyarov Krakovda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Bakı. 23 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Pyer Andryu ilə görüşüb.

Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi, ATƏT-in Minsk qrupunun fəaliyyət planı və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüş əsnasında nazir Elmar Məmmədyarovun yanvarın 27-də ATƏT Minsk qrupunun həmsədrləri ilə Krakov şəhərində görüşməsi barəsində razılıq əldə olunub.

Son xəbərlər

Orphus sistemi