Yuxarı
    Bağlamaq

    Elmar Məmmədyarov: "Ermənistanın Ağdamda başladığı hərbi təlimlər danışıqlar prosesini pozmağa yönəlib"

    XİN başçısı bunu ATƏT-in Baş katibi Lamberto Zanier ilə görüşdə deyib

    Bakı. 22 sentyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində ATƏT-in Baş katibi Lamberto Zanier ilə görüşüb.

    XİN-dən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan və ATƏT arasında praktiki əməkdaşlığın inkişafı və ATƏT-in gündəliyində duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

    Baş katib Lamberto Zanier ATƏT-in Azərbaycanla praktiki əməkdaşlığı davam etdirmək əzmində olduğunu bildirib.

    Nazir Elmar Məmmədyarov Azərbaycanın da praktiki əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edərək bu xüsusda nəqliyyat və enerji dəhlizlərinin inkişaf etdirilməsi kimi sahələrdə əməkdaşlıq tədbirlərinin həyata keçirilməsinin faydalı ola biləcəyini nəzərə çatdırıb.

    Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna uyğun olaraq, Azərbaycanın mövcud status-kvonun dəyişdirilməsi üçün substantiv danışıqlara hazır olduğunu deyən Elmar Məmmədyarov Ermənistanın yenə də danışıqlara xələl gətirmək üçün destruktiv və təxribatçı siyasət yürütdüyünü vurğulayıb. Elmar Məmmədyarov əlavə edib ki, Ermənistanın Azərbaycanın işğal olunmuş Ağdam rayonunda başladığı hərbi məşq və təlimlər danışıqlar prosesini pozmağa yönəlmiş ciddi təxribatdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi