Elmar Məmmədyarov: “Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu münaqişə zonasında zorakılığın əsas səbəbidir”

Elmar Məmmədyarov: “Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu münaqişə zonasında zorakılığın əsas səbəbidir” XİN başçısı: "Üçüncü onillikdir ki, Ermənistan Şərq Tərəfdaşlığı proqramının üzvü olaraq digər üzvün ərazilərini işğal altında saxlayır"
Qarabağ
31 Avqust , 2017 14:28
Elmar Məmmədyarov: “Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu münaqişə zonasında zorakılığın əsas səbəbidir”
Report

Bakı. 31 avqust. REPORT.AZ/ "Artıq üçüncü onillikdir ki, Ermənistan Şərq Tərəfdaşlığı proqramının üzvü olaraq digər üzvün suverenliyi və ərazi bütövlüyünə qarşı gücdən istifadə edərək Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin beşdə birini işğal altında saxlamaqda davam edir".

"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Budapeştdə keçirilən Vışeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə deyib.

O vurğulayıb ki, Ermənistan Avropada, ümumilikdə dünyada qəbul olunmuş davranış qaydalarının tam ziddinə olaraq Azərbaycanın işğal olunmuş ərazilərində bədnam etnik təmizləmə törədib: "Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu münaqişə zonasında zorakılığın əsas səbəbi olaraq qalır və münaqişənin siyasi həllində əsas maneədir".

E.Məmmədyarov bildirib ki, noyabr ayında Şərq Tərəfdaşlığı Sammiti baş tutacaq və əhəmiyyətli hadisədir: "İnanırıq ki, Sammitin Bəyannaməsinin mətni üzərində iş ən qısa zamanda başlamalıdır. Qarşıdan gələn Brüssel Sammiti Bəyannaməsindən münaqişələrin həllində vahid və əlaqəli yanaşma sərgiləməsini, o cümlədən Şərq Tərəfdaşlığı məqsədlərinin tam miqyaslı həyata keçirilməsi üçün mövcud münaqişələrin neqativ təsirlərinin əks etdirməsini gözləyirik".

Sonda nazir vurğulayıb ki, Avropa İttifaqının (Aİ) Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasında təsbit olunmuş əsas prinsiplərə, xüsusən də suverenlik, ərazi bütövlüyü və dövlətlərin sərhədlərinin toxunulmazlığına bütün iştirakçı dövlətlər tərəfindən eyni dərəcədə hörmət olunması mütləq zərurətdir: "Yalnız Avropa təhlükəsizlik düzəninin əsas elementləri kimi müəyyən edilmiş prinsiplər üzrə öhdəliklərin yerinə yetirilməsi Aİ-nin etibarlılığını və qarşıdakı illərdə nüfuzunu müəyyənləşdirəcək".

Son xəbərlər

Orphus sistemi