Elmar Məmmədyarov: "Ermənistan maddi mədəniyyət abidələrimizi məqsədyönlü şəkildə məhv edib"

Elmar Məmmədyarov: "Ermənistan maddi mədəniyyət abidələrimizi məqsədyönlü şəkildə məhv edib" "Gələcək nəsillər üçün sağlam mədəni irsin qoyulması işində səylərimizi qətiyyətlə davam etdirməliyik"
Qarabağ
18 Dekabr , 2014 10:32
Elmar Məmmədyarov: Ermənistan maddi mədəniyyət abidələrimizi məqsədyönlü şəkildə məhv edib

Bakı. 18 dekabr. REPORT.AZ/ “İyirmi ildən artıqdır ki, Azərbaycana məxsus Dağlıq Qarabağ və yeddi ətraf rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu işğal nəticəsində bir milyondan artıq soydaşlarımızın ən fundamental insan haqları kobudcasına pozulub və onlar qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub. Bizim təşəbbüsümüzlə YUNESKO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunmasına dair qərar qəbul edilib. Təəssüflər olsun ki, Ermənistan bu illər ərzində nə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələri, nə də YUNESKO tərəfindən qəbul edilmiş bu qərarın tələblərini yerinə yetirməyib”. “Report”un xəbərinə görə, bunu Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov Bakıda TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli Komissiya və Komitələrinin ənənəvi V iclasında etdiyi çıxışda deyib.

O bildirib ki, Ermənistan Azərbaycanın bizim işğal altında olan Qarabağ və digər ətraf rayonlarda bütün maddi mədəniyyət abidələrini məqsədyönlü şəkildə məhv edib, dağıdıb, habelə muzeyləri talan edib: “Dünyada min illərlə yaradılan hər hansı mədəni abidələrin, dini abidələrin, ümumiyyətlə mədəni dəyərlərin məhv edilməsindən, insanların günahsız yerə öldürülməsindən daha dəhşətli heç nə ola bilməz. Biz TÜRKSOY və YUNESKO vasitəsilə ortaq mədəni irsimizin qorunması, dünyada tanıdılması istiqamətində əməkdaşlıq imkanlarının genişləndirilməsi və gələcək nəsillər üçün sağlam mədəni irsin qoyulması işində səylərimizi qətiyyətlə davam etdirməliyik”.

Son xəbərlər

Orphus sistemi