Elmar Məmmədyarov: "Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi seçkilərdən sonra intensivləşəcək"

Elmar Məmmədyarov: "Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi seçkilərdən sonra intensivləşəcək" Bakı. 16 mart. REPORT.AZ / Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi prezident seçkilərindən sonra intensivləşəcək.
Qarabağ
16 Mart , 2018 12:26
Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi seçkilərdən sonra intensivləşəcək
Report/ Elchin Murad

Bakı. 16 mart. REPORT.AZ / "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi prezident seçkilərindən sonra intensivləşəcək."

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov jurnalistlərə bildirib.

O xatırladıb ki, bu razılaşma ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona son səfəri çərçivəsində əldə olunub.

Yaxın gələcəkdə Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün mümkünlüyünü şərh edən E.Məmmədyarov bildirib ki, bu, bir qədər sonra baş verə bilər: "İndi bu barədə danışmaq tezdir, çünki seçkilərdən sonra hökumət formalaşmalıdır."

Son xəbərlər

Orphus sistemi