Yuxarı
    Bağlamaq

    Elmar Məmmədyarov: "Azərbaycanın Qarabağ münaqişəsinin həllinə dair ədalətli mövqeyi Hindistan tərəfindən dəstəklənir"

    Bunu XİN rəhbəri hindistanlı həmkarı ilə görüşdə deyib

    Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ədalətli mövqeyi Hindistan tərəfindən dəstəklənir.

    “Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Hindistanın xarici işlər naziri xanım Suşma Svaraj ilə birgə mətbuat konfransında deyib.

    "Həmkarıma Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verdim. Qeyd etməliyəm ki, Qoşulmama Hərəkatı çərçivəsində qəbul edilmiş, eləcə də digər sənədlərdə Azərbaycanın Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ədalətli mövqeyi Hindistan tərəfindən dəstəklənir", - deyə o bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi