Əli Həsənov: “İşğalçı dövlətin jurnalistikasına qarşı jurnalistika səviyyəsində mübarizə aparıla bilər”

Əli Həsənov: “İşğalçı dövlətin jurnalistikasına qarşı jurnalistika səviyyəsində mübarizə aparıla bilər” “Zorakılığı törədənlərin qanunlardan qaçmağa imkanı olmamalıdır”
Qarabağ
27 Aprel , 2016 12:34
Əli Həsənov: “İşğalçı dövlətin jurnalistikasına qarşı jurnalistika səviyyəsində mübarizə aparıla bilər”

Bakı. 27 aprel. REPORT.AZ/ “Hər bir dövlətin təbliğatı onun siyasətinə bağlıdır. İşğalçı dövlətin jurnalistikasına qarşı jurnalistika səviyyəsində mübarizə aparıla bilər”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu çərçivəsində “Mətbuat peşəkarlığı: Zorakı ekstremizmin təbliğatına qarşı müqavimətin təşkili üçün vasitələr” mövzusunda panel iclasında deyib.

“Jurnalistlər milli kimliyi kənara qoyaraq məsələlərə peşəkarcasına yanaşmalıdır”, - o bildirib.

Ə.Həsənov vurğulayıb ki, zorakılığı törədənlərin qanunlardan qaçmağa imkanı olmamalıdır.

“Bəzən inkşaf etmiş ölkələrdə, tutaq ki, ABŞ-da zorakılıq edən gənc bunu məşhur olmaq üçün törədir. Məsələn, bu yaxınlarda ABŞ-da bir gənc məktəbdə 20 nəfəri öldürdü, məqsədinin də məşhur olmaq olduğunu bildirdi. Biz dövlət rəsmiləri olaraq çalışırıq ki, belə pis nümunələr cəmiyyətdə yayılmasın”, - Prezidentin köməkçisi bildirib.

Son xəbərlər

Orphus sistemi