Əli Həsənov: "Azərbaycanda böyük qayıdışın bir hissəsi başlayıb" - ƏLAVƏ OLUNUB

Əli Həsənov: "Azərbaycanda böyük qayıdışın bir hissəsi başlayıb" - ƏLAVƏ OLUNUB "Ermənistan necə dövlətdir ki, 25 ildir humanitar yardımlarla yaşayır"
Qarabağ
15 Fevral , 2017 16:54
Əli Həsənov: Azərbaycanda böyük qayıdışın bir hissəsi başlayıb - ƏLAVƏ OLUNUB

Cəbrayıl. 15 fevral. REPORT.AZ/ “Azərbaycanda böyük qayıdışın kiçik bir hissəsi başlayıb. Bu qayıdış Prezident İlham Əliyevin səyi nəticəsində ötən il Lələtəpə əməliyyatından sonra mümkün olub”.

“Report”un Qarabağ bürosunun məlumatına görə, bunu jurnalistlərə baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət komitəsinin sədri Əli Həsənov deyib.

Baş nazirin müavini bildirib ki, Azərbaycanda böyük qayıdış, Ermənistanda isə böyük köç başlayıb: “Bütün Ermənistan əhalisi indi təlaş içindədir. Ermənistan çalxalanır və orada iqtidarlı-müxalifətli hamı hakimiyyətin üzərinə qalxır. Sarkisyanın zərrə qədər ağlı varsa, heç olmasa bugünki faktdan nəticə çıxarmalı və düz yola gəlməlidir. Ermənistan necə dövlətdir ki, 25 ildir humanitar yardımlarla yaşayır. Bizim işğal altında olan torpaqlarımızın əmlaklarını söküb satmaqla yaşayır. Beynəlxalq Qızıl Xaç komitəsi mütəmadi olaraq Azərbaycan hökümətinə müraciət edir. Bəzi hallarda bizim aidiyyatı qurumlar, bəzi hallarda isə icazə vermir. Yənu bunlar mütəmadi olaraq getmək istəyirlər. Mən təəssüflənirəm ki, ABŞ həmsədr olan ölkədir və səfirləri burada iştirak etmir. Cənab Prezidentin məqsədi o idi ki, səfirlər, beynəlxalq təşkilatlar öz gözləri ilə görsünlər ki, 4 ay işğal altında olan bir kəndi ermənilər nə günə salıblar. Nəinki 25 ildə 4 ayda bu kənd işğal altında qalıb və misli görünməmiş vəhşiliklər, ermənilər Cocuq Mərcanlını dağıdıblar. 1993-cü ildə işğal olunub, dekabrda ulu öndərin səyi nəticəsində azad olunmuşdu. Lələtəpə azad olmadığı üçün burda tikinti işləri başlamaq mümkün deyildi. Səfirlərə biz kifayət qədər ərazi barədə məlumat verdik. Özləri də gördülər binalar, evlər necə dağıdılıb”. 

Son xəbərlər

Orphus sistemi